Avropa Ravvinləri Konfransı təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən 3-6 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan qarşıdan gələn konvensiyasının ləğv olunduğunu elan edib.
Bu barədə İsrailin Ynet News saytı məlumat verib.
Tədbirdə Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlər, dini liderlər, siyasi və ictimai xadimlər də daxil olmaqla təxminən 600 iştirakçının iştirak edəcəyi gözlənilirdi. Nəşrin məlumatına görə, təşkilatçılar tədbirə hazırlıq üçün artıq yüz minlərlə şekel sərmayə qoyublar. Tədbirdə baş Ravvinlərin və İsrail nazirlərinin iştirakı gözlənilirdi.
Təşkilat əvvəllər bildirmişdi ki, tədbir öz növündə ilk dəfə – əsasən müsəlmanların yaşadığı ölkədə Avropa ravvin liderlərinin böyük görüşü olacaqdı. Konfrans bunu “böhran, münaqişə və yanlış məlumat dövründə belə mədəniyyətlər və dinlər arasında əməkdaşlığın və qarşılıqlı hörmətin necə mümkün olduğunun canlı nümunəsi” adlandırıb.
Konfrans Azərbaycan hökumətinin dəvəti ilə keçirilib və müasir dünyada yəhudi həyatının əsas çətinliklərini və perspektivlərini müzakirə etmək üçün platforma kimi planlaşdırılıb.
Təhlükəsizlik təhdidlərinin mahiyyəti və tədbirin mümkün təxirə salınma tarixi ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.


























