image-dd00e7c5-411b-3c1a-906c-20ef18eee938_850backend

Avstraliya Ukraynaya “Bushmaster” zirehli transportyorları göndərəcək

image-reklam_sirab_01

Avstraliya Ukraynaya 30 “Bushmaster” zirehli transportyoru göndərəcək.

Bu barədə ABC radioyayım korporasiyası məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya, təxminən, 70 təlimatçı göndəriləcək. Lakin avstraliyalı təlimatçılar Ukraynaya daxil olmayacaq.

Xatırladaq ki, Avstarliya bu həftə Ukraynaya əlavə 200 milyon dollardan çox maliyyə yardımı ayırıb. Bu ölkənin Ukraynaya ümumi maliyyə dəstəyi 655 milyon dolları ötür.

Avstraliya Ukraynaya indiyədək 6 ədəd M777 haubitsa və döyüş sursatları, 28 ədəd M113 zirehli personal daşıyıcı, tank əleyhinə və digər silahlar verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki