image-63a561fbbfa1abackend

“… Axı, bugünkü İran hökuməti sözünü tutan deyil”- Kirbi

image-reklam_sirab_01

Ağ Ev Milli Təhlükəsizlik Şurasının ABŞ-dakı Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İran və Səudiyyə Ərəbistanının diplomatik əlaqələri bərpa etmək qərarı ilə bağlı regionda gərginliyin azaldılması üçün hər cür səyi dəstəklədiklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran C.Kirbi İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasına dair razılaşma ilə bağlı deyib: “Səudiyyəlilər bu danışıqlar barədə bizə məlumat verdilər. Biz regionda gərginliyin azaldılması üçün istənilən səyi dəstəkləyirik. Bu, bizim maraqlarımıza uyğundur. ABŞ bu bölgədə böyük rol oynayır. Elan edilən yol xəritəsi Oman və Bağdadda keçirilən çoxsaylı görüşlərin nəticəsidir. Baxaq, görək, iranlılar müqaviləni necə yerinə yetirəcəklər. Axı, bugünkü İran hökuməti sözünü tutan deyil. Amma yenə ümid edirik ki, yaxşı olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki