image-xamneyi-luka-696x460backend

Ayətullah Xamneyi Qərbə qarşı koalisiya yaratmağa çağırır

image-reklam_sirab_01

İran İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xamneyi Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Qərbin sanksiyalarına məruz qalan ölkələri birgə fəaliyyətə çağırıb.

Xamneyi “ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr əməkdaşlıq etməli və sanksiya silahlarını məhv etmək üçün birgə assambleya yaratmalıdırlar”, – deyib.

Ali rəhbəri bildirib ki, son on iki ildə İran ən sərt sanksiyalara məruz qalıb: “Sərt sanksiyalar İranı öz imkanlarından və daxili gücündən xəbərdar etdi. Bu müddət ərzində sanksiyalar İranda xeyli nailiyyətlər üçün əsas yaratdı və ölkəmiz elm və texnologiya, tibb və biologiya, aerokosmik elm, nüvə texnologiyası və nanotexnologiya da daxil olmaqla müxtəlif sahələrdə uğurlar qazana bildi”.

O, İran və Belarus arasında elm və texnologiya, ticarət və beynəlxalq forumlarda siyasi fəaliyyətlər daxil olmaqla, əməkdaşlıq sahələrini xatırladıb, Şimal-Cənub dəhlizinə işarə edərək, Şimal-Cənub İTC-nin hər iki ölkə üçün faydalı olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki