image-69190185-aa79-4148-a18b-d407b89b7ddfbackend

“AYLARLA BİZANSVARI TAXT OYUNLARINI İZLƏDİK” – Ərdoğan “altılı masa”nı yerdən-yerə vurdu + VİDEO

image-reklam_sirab_01

Türkiyənin işığını söndürmək, nəfəsini kəsmək, dizlərini bükmək üçün əlini ovuşduranların zəfər şüarları atmalarına icazə verə bilmərik”

“Əlbəttə, bütün seçkilər çətin və əhəmiyyətlidir. Amma regionda və dünyada baş verən gərgin hadisələr 14 may seçkilərini daha vacib edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən Ədalət və İnkişaf Partiyasının vilayət başçılarının iclasında deyib.

Həmin çııxşın maraqlı hissələrini oxuculara təqdim edirik:

Koalisiyanın gündəmində ölkəyə və millətə dair heç bir məsələ yoxdur”

“Son zəlzələ fəlakətinin yaratdığı problemlər və kritik hadisələr 14 may seçkilərini başqa bir istiqamətə daşıdı. Biz bunu saxta müvəqqəti ittifaqın (“6-lı masa”-red.) motivasiyasına baxaraq da görə bilərik. Əslində artıq qarşımızda bir ittifaq da yoxdur. Hazırda köhnə Türkiyədə olduğu kimi, savaş, “ayaq oyunları” və bazarlıq üzərinə qurulan bir koalisiyaya ilə qarşı-qarşıyayıq. İşə 6-lı olaraq başlayan, artıq 8-li yoxsa 10-lu olduğu məlum olmayan bu koalisiyanın yayımladığı 12 bəndlik bəyanat da onların ölkəmizi hara sürükləmək istədiklərinin yazılı sübutudur.

“Masa”nı altını üstünə gətirmək hesabına “Bay-bay” Kamalı prezidentliyə namizəd kimi göstərən bu koalisiyanın gündəmində ölkə və millətin problemlərinə dair heç bir məsələ yoxdur. Nə zəlzələnin yol açdığı acılar, nə depremzədələrin qayğıları, nə də zəlzələnin dağıdıcı təsirinin bir an öncə aradan qaldırılması ehtiyacı bunların gündımində yer almır. Qlobal və regional böhranların Türkiyə iqtisadiyyatına mənfi təsirlərini aradan qaldırmaq niyyəti onların gündəmində deyil. Buna dair nə təklifləri, nə də bir proqramları mövcuddur. Türkiyənin 20 ildəki inkişafn gündəmlərində olmadığını deyənlər, bütün qazanlan, qurulan nə vərsa yıxacaqlarını vəd edirlər. Millətin sıxıntılarını aradann qaldıracaq, rifahını artıracaq, təhlükəsizliyini və hüzurunu gücləndirəcək, xəyallarını kerçəkləşdirəcək heç bir hazırlıq, proqram bunların gündənidə yoxdur Onların gündəmində sərhədlərimizi, birlik və bərabərliyimizi təhdid edən terror təşkilatlarının “başını əzmək” istiqamətindəki mübarizəni davam etdirmək qərarlılığı yoxdur.

 

“Onların gündəmində ölkənin sərvətlərini necə talamağın hesabı var”

Onların gündəmində ancaq siyasi ambisiya və mövqe paylaşımı, ölkənin sərvətlərini necə talamağın hesabı var. Onların gündəmində milli birliyimizi, həmrəyliyi pozmaq niyyəti var. Ölkəmizə və insanımıza ağır başa gələn köhnə Türkiyəni geri qaytarmaq istəyi var.

“6-lı masa”nın gücləndirilmiş parlamentə keçid deyə çıxdığı yolçuluğun sonu əvvəlcə qumar masasına, sonra “at bazarlığından” betər vitse-prezidentlik və millət vəkilliyi paylaşımı savaşına gəlib çıxdı Həm də elə bir savaşa ki, içində hədə-qorxudan tutmuş rüşvətə, təhqirdən şantaja, açıq-aşkar dəyənək göstərməkdən tutmuş, sürüdən ayrılanları alçaldılmış şəkildə linç etməyə kimi hər cür biabırçılıq vardı. Belə 32 hissəli intriqanı bir yerdə nə filmlərdə, nə televiziya seriallarında, nə də romanlarda tapa bilməzsiniz. Amma biz ölkə, millət olaraq aylarla, günlərlə onların bizansvari taxt oyunlarını birbaşa izlədik, sətir-sətir oxuduq, cümlə-cümlə dinlədik.

“Yardımçımız Allah, yoldaşımız millətimzdir”

Türkiyə, türk demokratiyası və millətimiz belə bir mənzərəni görməyə əsla layiq deyil. Millətimizin qarşısında olan məsuliyyətimizi nəzərə alaraq, onu bu dağınıq, arxası qaranlıq, istiqaməti qeyri-müəyyən, iddiası boyunu aşan koalisiyanın insafına buraxa bilmərik. Cümhuriyyətimizin birinci əsrinin itkilərini arxada qoyaraq, sürətləndirdiyimiz bir dövrdə belə bir fəlakətə yol verə bilmərik. Biz qadınlarımızla və gənclərimizlə bölüşdüyümüz ümidlərin və birlikdə inkişaf etdirdiyimiz vizyonun bir ovuc iddialı insanlara görə sönməsinə razı ola bilmərik.

Türkiyənin işığını söndürmək, nəfəsini kəsmək, dizlərini bükmək üçün əlini ovuşduranların zəfər şüarları atmalarına icazə verə bilmərik.

Rəhmətlik Neşet Ertaşın millətimizlə aramızda olan “Könüldən ürəyə gedən gizli bir yol var, təki biz bu yoldan dönməyək” ifadəsi ilə bu yolu açıq tutaq, hər cür pislikdən, daşdan, tikandan, kidən uzaq saxlayaq. Yardımçımız Allah, yoldaşımız millətimizdir”.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki