image-azalbackend

AZAL- da biabırçılıq: “Qalatasaray” belə qarşılandı – VİDEO

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, 26 mart tarixində Bakıda keçiriləcək “Qarabağ” və Türkiyənin “Qalatasaray ” klubları arasında  keçiriləcək yoldaşlıq futbol matçı üçün, ölkəmizə gələn qardaş ölkənin futbol kulubunun qarşılanma mərasimi biabırçı görüntülərlə yadda qalıb.

Redaksiyamızın əldə etdiyi video görüntülərə baxdıqda bu mənzərənin daha biabırçı olduğunu görmək olar.

Azal Dövlət Konserinin Hava limanı Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən Elxan Orucovun gedişindən sonra bu vəzifəyə gətirilən Nazim Aslanovun yarıtmaz işi sahəsində vəziyyət biabırçı həddə çatıb.

Bunun bir səbəbi rəisin təhlükəsizlik prosesini idarə edə bilməsidirsə, digər səbəbi Təhlükəsizlik xidmətində əməkdaşların sayının kifayət qədər az olmasıdır.

Vəziyyət o həddə çatıb ki, “Qalatasaray” futbolçularını qarşılamağa gələnlər, giriş qapısından və çıxış qapısından qaydaları pozaraq hava limanının zalına daxil olublar. Videoda da bu biabırçı durumu görmək mümkündür.

https://youtube.com/shorts/1kNPEJ3ptU8?feature=share


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki