image-1jpgbackend

AZAL informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

image-reklam_sirab_01

“Azərbaycan Hava Yolları” QSC (AZAL) informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb.

Vətəninfo.az  bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında”

Prezident İlham Əliyevin 3 iyun 2019-cu il tarixli fərmanının icrası davam etdirilir.

Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin

tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu AZAL olub. Qurum “Hökumət

buludu”na miqrasiya çərçivəsində “AzInTelecom”un təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server

xidmətini əldə edib. Eyni zamanda qurum məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-

Service) bulud xidmətindən də yararlanıb. Bundan başqa, şirkət “AzInTelecom” tərəfindən bütün struktur bölmələrində sənəd

dövriyyəsini elektronlaşdırmağa imkan verən “AzDoc” proqram təminatı ilə təmin olunub. AZAL informasiya sistemlərini tam

şəkildə Bakı Data Mərkəzinə yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Qeyd olunan “bulud” xidmətlərini AZAL QSC-nin tərkibindəki bütün strukturlar, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu da

əldə edib.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.

Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ

koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan

əlavə, şirkət “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən 2 Data Mərkəzinə malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki