image-bez-nazvaniyabackend

Azərbaycan bayrağı Zəncanda dalğalandı- VİDEO

image-reklam_sirab_01
 Azərbaycanın müqəddəs bayrağı Güney Azərbaycanın Zəncan şəhərinin mərkəzində yerləşən “İmamzadə İbrahim” türbəsinin hasarından asılıb.Vətəninfo.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Məlumata görə, “İmamzadə İbrahim” türbəsinin həyəti və məscidi İran rejiminin Zəncan şəhərindəki kəşfiyyat, Sepah qüvvələrinin, digər təzyiq güclərinin və hökumət təbliğatçılarının əsas qərargahlarından biridir.
Quraşdırılmış pankartın üzərində İranı idarə edən şovinistlərin ziddiyyətli siyasətinə qarşı “Kömək Allahdandır və zəfər yaxındır” ayəsi, habelə “ya Məhəmməd” şüarı yazılıb. İran coğrafiyasını idarə edən rejimin rəhbərləri din və məzhəbdən sui-istifadə edərək, ondan xalqları sıxışdırmaq və müstəmləkə etmək üçün bir vasitə kimi istifadə edirlər.
Bu baner Azərbaycan Milli Hərəkatının fəalları tərəfindən “Bir Millət, Bir Bayraq” çağırışının davamı olaraq millət düşmənləri qarşısında Güney Azərbaycan şəhərləri arasındakı birliyi nümayiş etdirmək üçün Zəncanda quraşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki