image-03-21backend

Azərbaycan beynəlxalq problemlərin müzakirə və həll edildiyi məkana çevrilib

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısına çevrilib. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransın işində iştirak edən ölkə başçısı İlham Əliyev burada sələndirilən bütün sualları açıqca cavabladırıb, bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərə aydınlıq gətirib. Bildirilib ki, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, həmçinin dünyada mühüm yerə sahibdir. Keçmişlə müqayisədə Azərbaycanın indiki inkişafı, regionda, dünyada mühüm yerə sahib olması sevindiricidir. İqtisadi cəhətdən də Azərbaycan əhəmiyyətli rol oynayır və etibarlı tərəfdaşdır.

İkinci Qarabağ Müharibəsindən sonra dünyada Azərbaycanın rolu daha da artıb. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən önəmli ölkələrdən biridir. Azərbaycan hazırda güclü iqtisadiyyata, xarici diplomatiyaya və orduya malik bir ölkədir və bütün bunların hamısı Prezident İlham Əliyevin uğurudur. Bunu konfransda iştirak edən xarici ölkələrin nümayəndələri qeyd ediblər.

Qeyd edilib ki, hazırda işğaldan azad edilən Qarabağda  genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Digər bir vacib məsələ də regionda sülhün bərqərar olmasıdır. Ən əsası isə bu ərazilərdə aparılan tikinti-bərpa işlərin sürəti əmin olmağa imkan verir ki, insanlar yaxın zamanda öz torpaqlarına geri dönəcəklər.

Azərbaycanın artan nüfuzu, yürütdüyü uğurlu xarici siyasət onu göstərir ki, Azərbaycan yalnız iqtisadi cəhətdən yox, eyni zamanda apardığı uğurlu xarici siyasətlə də beynəlxalq arenada öz yerini tutub.

Hazırda beynəlxalq siyasətdə Azərbaycan çox aktiv rol oynayır. Həm torpaqlarını azad edib, sülh prosesini dəstəklədiyi üçün yox, həm də dünyada sülhə dəstək verdiyi üçün Azərbaycan mühüm rola sahibdir. Bu səbəbdən beynəlxalq arenada ölkəmizin əhəmiyyəti gün keçdikcə artır.

Prezident İlham Əliyevin konfransda cavab vermədiyi və ya cavab verməkdə çətinlik çəkdiyi heç bir sual olmadı. O, hətta çaşdırıcı görünən suallardan belə qaçmırdı. Bununla da Azərbaycanın mövcud geosiyasi vəziyyətdə rolu mühüm şəkildə artır və ölkə bütün regionun inkişafının təmin olunması üçün hər şeyi edir.

Vurğulamaq lazımdır ki, artıq ənənə halını alan bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Azərbaycanın regionda və dünyada artan rolu nəticəsində bu gün ölkəmiz beynəlxalq problemlərin müzakirə və həll yolarının axtarıldığı məkana çevrilib.

 

 

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki