image-d8728d6b-8213-4cf4-a1f9-45d3de4d1c84backend

Azərbaycan dövlətinin idman siyasətinin uğurları

image-reklam_sirab_01


Yeni idmançıların yetişməsi üçün dövlətimiztərəfindən mühüm addımlar atılır

Ölkəmizin idmançıları bütün dünyada çox böyükuğurlar əldə edirlər. Onların qazandığı qələbələr, əldəetdikləri medallar Azərbaycana çox böyük nüfuzgətirir. Eyni zamanda ölkəmizin tanınmasında peşəkar nüfuzlu idmançılarımızın da əhəmiyyətli rolu var. Əlbəttə ki, xalqımız idmançılarımızın belə uğurlarınıgördükcə fəxr edir bütün bunlar yeni nəsilidmançıların yetişməsində çox önəmlidir.Ümumiyyətlə, yeni idmançıların yetişməsi üçün dövləttərəfindən mühüm addımlar atılır. Bakıda regiondaolimpiya kompleksləri tikilir bu komplekslərdə gəncidmançılar yetişirlər. Gənc idmançılar da ölkəmizixaricdə yüksək səviyyədə təmsil edirlər. Paris Olimpiadasında medallar əldə edən idmançılarımız da məhz o olimpiya komplekslərində yetişənidmançılardır. Onlar bütün xalqımızı sevindirdilər.Qeyd edək ki, Prezident İlham Əliyev 14 avqusttarixində XXXIII Paris Yay Olimpiya Oyunlarındamedal qazanmış Azərbaycan idmançılarını onlarınməşqçilərini qəbul edib. Azərbaycan Prezidenti bildiribki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbəidmanda da, məişətdə , həyatda da idmançınınüzərinə böyük məsuliyyət qoyur: “Bizim OlimpiyaOyunlarındakı uğurlarımız əvvəlki illərdə , son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idmandövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlardadünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş 3 bürünc medal, hesab edirəm ki, çoxyaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bugözəl hadisə münasibətilə bir daha təbrik etməkistəyirəm”.

İdmanın dili, milliyəti yoxdur. İdman dünyada həm həmrəylik üçün çox önəmli vasitədir. Yeri gəlmişkən, Azərbaycan dünyada bu baxımdan da öztəşəbbüskarlığı ilə seçilir. Məhz Avropa OlimpiyaKomitəsinin Baş Assambleyası 8 dekabr 2012-ci ildə I Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanınpaytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbuledib. Tarixdə ilk dəfə keçirilən I Avropa OyunlarınınAzərbaycanın bəxtinə düşməsi böyük nailiyyətdir. Bu qərara imza atanlar da yanılmayıblar. Ölkəmizinbeynəlxalq miqyasda mötəbər idman yarışlarındaböyük nailiyyətlər qazanması, Azərbaycanın dünyadanüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarınınverilməsində həlledici rol oynayıb. I AvropaOyunlarının keçirilməsi üçün idman qurğularınıntikintisi təkmilləşdirilməsi dünya standartlarınauyğun yüksək keyfiyyətlə aparılıb. Qeyd edək ki, I Avropa Oyunları üçün Bakıda Qafqazda 65 000 tutumlu ən böyük Olimpiya stadionu tikilib.Azərbaycan özünə güvənərək bu idman yarışınadostluq, birlik tədbiri kimi yanaşıb. Məhz buna görədirki, Azərbaycan ev sahibi olaraq I Avropa Oyunlarınaqatılan hər bir idmançının maliyyə xərclərini özüzərinə götürmüşdür.

Bundan başqa Azərbaycanda Ümumdünya ŞahmatOlimpiadası, “Formula-1” üzrə Avropa qran-prisi, IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədəkeçirilməsi beynəlxalq aləmdə idmanın inkişafınaverilən töhfə olaraq qiymətləndirilməlidir. Göründüyükimi, Azərbaycanda təkcə ölkədaxili deyil, beynəlxalqolaraq da idmana diqqət göstərilir.

Hazırda xaricdə gənc idman kumirlərimiz var. Vətəndaş cəmiyyəti təşəbbüskarlığı olaraq QHT-lərlayihələr keçirərək xaricdəki dünya şöhrətli gəncidmançılarmızı da Azərbaycanda tanıda bilərlər.Azərbaycanda gənc nəslin idmançı vətənpərvərruhunda yetişməsi, peşəkar çempionlarımızın sayınınçoxalması dövlətin idman siyasətinin tərkib hissəsidir.Belə layihələrin dövlətin bu sayasətinə töhfə verəcəyinidüşünürük.

Çox müsbət haldır ki, digər sahələr kimi, idmana da dövlət dəstəyi var. Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva səviyyəsində idmanadiqqət, qayğı göstərilir. Mütəmadi olaraq idmançılarlagörüşlər keçirilir. bütün bunlar da idmançılarımızamotivasiya verir. Onların peşəkərlaşmasında, uğur əldəetməsində bu görüşlər çox mühüm rol oynayır. Buna görədir ki, cənab Prezidentin dediyi kimi, gənclərinidmana maraqları artır: “Əlbəttə, tam əminəm ki, həmcüdo, həm digər idman növləri ilə məşğul olmaqistəyən uşaqlarımızın sayı çox olacaq bunuarzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi iləbağlı dediyim sözlər verdiyim tapşırıqlar birməqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər peşəkar gənc nəsilyetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu birdaha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxredə bilərik”. Gənclərin idmana marağının artması həm vətənpərvərlik nümunəsidir. İdmançılarımızbeynəlxalq yarışlarda dövlətimizin bayrağınıyüksəldirlər, himnimizi səsləndirirlər. İnanırıq ki, bundan sonra da Azərbaycanda yeni nəsil idmançıgənclər yetişəcək. Onlar hər zamankı kimi ölkəmizibeynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında yüksəksəviyyədə təmsil edəcəklər.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki