image-1backend

Azərbaycan İsrail istehsalı olan “Sky Dew” aerostatını alıb – İDDİA

image-reklam_sirab_01

Azərbaycan İsrail istehsalı olan “Sky Dew” aerostatını alıb. Bu aerostat raket və təyyarələri aşkar etmək üçün istifadə olunur. Vətəninfo.az xəbər verir ki, bu iddia ilə İran mediası məlumat yayıb.

Sky Dew-un əsas missiyası aşağı səviyyədə uçan qanadlı raketləri, dronları və digər qabaqcıl hava vasitələrini aşkar edərək erkən xəbərdarlıq etməkdir.

Aerostat uzaq məsafələrdə olan obyektləri aşkar etməyə qadir olan AESA (Active Electronically Scanned Array) radarı ilə təchiz edilib.

O, bir neçə gün fasiləsiz müşahidə apara və 250 km-dən çox aşkarlama məsafəsi ilə 500-ə qədər hədəfi izləyə bilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki