image-86b105c2-0bc6-45a0-927e-add20d608ee0backend

Azərbaycan Könüllülərinin iştirakı ilə “Go Camp” piknik layihəsinin növbəti səfəri Quba rayonunda baş tutub

image-reklam_sirab_01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp” piknik layihəsinin növbəti istiqaməti Qubada keçirilib.

Könüllülər arasında birliyin təşviqi və şəbəkələşmələri məqsədi ilə Azərbaycan Könüllüləri Çənlibel gölü ərazisində müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər və istedadlı könüllülərin ifasında könüllülərimiz əyləncəli vaxt keçiriblər.

Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub.

Qeyd edək ki, “Go Camp” piknik layihəsinin davamlı həyata keçirilməsi nəzərdə tutulur.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki