image-fb_img_1668925678180backend

Azərbaycan mədəniyyətinə ağır itgi- Natiq Gülməmmədov 67 yaşında dünyasını dəyişdi

image-reklam_sirab_01

Bu gün axşam saatlarında Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov ürək çatışmazlığından vəfat edib.

Vətəninfo.az xəbər verir ki,Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “mədəni maarif” fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirmişdir.
1973–1979-cu illərdə Naxçıvan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010–2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır.
2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxmışdır.
Allah rəhmət eləsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki