Məlumat üçün bildiririk ki, Bakı şəhər Gənclər və İdman İdarəsi və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş “İstedadlı Gənci kəşf et” adlı görüş keçirilib. Görüşdə Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayon Gənclər və İdman Sektorunun müdiri Zamin Əhmədov, baş məsləhətçi Rüfət Əhmədov, aparıcı məsləhətçi Nail Bağırzadə, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdalıyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin hüquqşünası Rəşad Nəbiyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədr müavini Murad Həsənxanlı və müxtəlif ali təhsil müəssisələrində oxuyan tələbələr iştirak edib.
Görüşü giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayon Gənclər və İdman Sektorunun müdiri Zamin Əhmədov gəncləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə təbrik edib və ölkədə uğurla aparılan dövlət gənclər siyasəti haqqında geniş məlumat verib.
Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayon Gənclər və İdman Sektorunun baş məsləhətçi Rüfət Əhmədov gənclərin hərtərfli inkişafına yönəlmiş fəaliyyətlərin uğurlu nəticəsiləri barədə məlumat verib.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının rolundan danışıb.
Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışıb.
Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdalıyev gənclərin peşə təhsilinə olan marağının artırılmasının vacibliyini vurğulayıb.
Gənclərin Töhfəsi İctimai Birliyinin hüquqşünası Rəşad Nəbiyev erkən nikahla, məişət zorakılığı ilə mübarizədə təhsilin rolundan danışıb.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədr müavini Murad Həsənxanlı gənclərin elmə və təhsilə olan marağının artırılması istiqamətində qeyri-formal təhsilin önəmindən danışıb.
Daha sonra gənclərlə fikir mübadiləsi aparılıb və gənclər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə fəxri-fərmanla təltif olunub.


























