” Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını qeyd ediblər .” Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatına istinadən xəbər verir .
Peskov MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Birinci Kanala müsahibəsində deyib: ” Onlar sülh danışıqlarını yekunlaşdırmağa , birgə sənəd , sülh müqaviləsi imzalamağa tam hazır olduqlarını qeyd edirlər ” .
Münaqişə edən tərəfləri bir yerə toplamaq riskli deyilmi sualına o, belə cavab verib . ” Burada heç bir təhlükə yoxdur ” deyə Peskov bildirib .