image-photo-2021-11-16-17-47-12-1backend

Azərbaycan xalqı 30 illik işğala son qoydu

image-reklam_sirab_01

 

Vətən adı gələn zaman ürəyim bir başqa döyünər, Azərbaycan adını duyan zaman könlümün ən dərin telləri bir başqa titrəyər.

Tayı-bərabəri olmayan doğma yurdumun səmalarda dalğalanan “mavi gözlü, al yanaqlı, yaşıl donlu bayrağım”, mənim and yerim, hər qarış torpağı isti ocağdır.

30 il sürən Qarabağ həsrətinin sonuna gəldik. Yumruq kimi birləşib “dəmir yumruğumuzla” mundar düşmənin başını əzdik. Ali baş komandanımız, müzəffər ordumuz yeni bir dastan yazdı.. “Zəfər” dastanı

Bütün dünyanı heyrətə gətirən bir əzmlə, mübarizə ruhi ilə Cənnət Qarabağımızı düşməndən aldıq. Düşmənə göz dağı verdik. Bu səadət bizim şirin xəyalımız, arzumuz idi. Biz qalib ölkənin, şanlı zəfər qazanan dövlətin qürurlu insanlarıyıq.

Dərdimiz, könül dağımız daim yerində qalacağ, amma düşməndən  qisası aldıq.. Təbii ki o mundarlar kimi vəhşiliklə yox, onları doğma yurddan qovarağ, Xarıbülbülə qovuşarağ..

Bu tarixi qələbə birliyimizi, gücümüzü bütün dünyaya nümayiş etdirdi. Gələcək nəsillərin hər zaman qürurla xatırlayacağı bir tarix oldu 2020. Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq yaratdı. Ermənistanın qüdrəti, quldur dəstələrinin məğlubedilməzliyi haqqında miflər Milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında sübut edildi. 30 il ərzində  ermənilərin yaratdığı ordu 44 gün tab gətirdi.  Azərbaycan Ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını aldı. Bu 44 günlük zəfər yürüşü adi yürüş deyildi. Bu zəfər itirilən torpaqların geri qayıdış Zəfəri idi. Bu qayıdış haqqın geri qayıdışı idi. Bu qələbə Azərbaycan ordusunun qələbəsi idi. Xalqın inam və güvəninin qələbəsi idi. Bu qələbəni xalqımız şəhidin qanı, əsgərin qəhrəmanlığı ilə qazandı.

 

Sentyabrın 27- dən noyabrın 10-a dək davam edən müharibə düşmənə diz çökdürdü. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik. Hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu qalibiyyətin nələrin hesabına başa gəlməsinin hər kəs fərqində idi. Ötən hər gün bizi Vətən müharibəsindən uzaqlaşdırsada, əsgərlərimizin canı, qanı bahasına qazanılan bu müharibə əsla unudulmayacaq.

Bəli, Ermənistan artıq həm döyüşdə, həm də siyasət meydanında məğlub tərəfdir. Nə qədər çox aqressiya sərgiləsə, bir o qədər çox uçuruma yuvarlanacaq. Necə ki, hazırda İrəvanda siyasi proseslər idarəolunmaz hala çatıb, ictimai-siyasi böhran dərinləşib, Ermənistan iqtisadi uçurumla üz-üzə dayanıb. Azərbaycan isə tarixi ədaləti bərpa edərək qələbənin sevincini yaşayır.

Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Abdullayeva Aytən. ADPU

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki