image-reklam-veteninfo
image-2backend

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

image-reklam-veteninfo

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Vətəninfo.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1200-ə yaxın namizəd olmaq üçün müraciət edib: “Onların çoxu artıq təsdiq olunub, ümumilikdə 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib: “26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb”.

Xatırladaq ki, bundan əvvəl 16 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki