image-reklam-veteninfo
image-avtobusbackend

Azərbaycanda avtobus minik avtomobili ilə toqquşdu, xəsarət alan var

image-reklam-veteninfo

Goranboy-Naftalan avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Veteninfo.az-ın məlumatına görə, avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində minik avtomobili avtomobusla toqquşub. Qəza nəticəsində, minik avtomobilində olan, Naftalan şəhər sakini, 1978-ci il təvəllüdlü S.Verdiyev və avtomobildə olan digər şəxs xəsarət alıb.

Onlardan S.Verdiyev xəstəxanaya yerləşdirilib, digər şəxsə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki