image-1backend

Azərbaycanda fəxri adı olanların sayı AZALIB – SƏBƏB

image-reklam_sirab_01

Azərbaycanda “Əməkdar” və “Xalq” fəxri adına görə təqaüd alanların sayı açıqlanıb.

Vətəninfo.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü il aprelin 1-nə “Xalq” fəxri adına görə təqaüd alanların sayı 254 nəfər olub.

“Əməkdar” fəxri adına görə təqaüd alanların sayı isə 4578 nəfər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, fəxri adlara görə təqaüd alanların sayı azalıb. Belə ki, 2024-cü ilin əvvəlində “Xalq” fəxri adına görə 259 nəfərə, “Əməkdar” fəxri adına görə isə 4613 nəfərə təqaüd verilirdi.

Yanvar-mart ayları ərzində “Xalq” fəxri adı olanlardan 5 nəfər, “Əməkdar” fəxri adı olanlardan isə 35 nəfər dünyasını dəyişib.

Dövlət Statistika Komitəsindən qeyd edilib ki, hazırda “Xalq” fəxri adına görə 200 manat, “Əməkdar” fəxri adına görə 150 manat aylıq təqaüd verilir.

Hazırda Azərbaycan Respublikasında aşağıdakı fəxri adlar var:

Xalq yazıçısı;
Xalq şairi;
Xalq artisti;
Xalq rəssamı;
Əməkdar elm xadimi;
Əməkdar incəsənət xadimi;
Əməkdar artist;
Əməkdar rəssam;
Əməkdar mədəniyyət işçisi;
Əməkdar müəllim;
Əməkdar həkim;
Əməkdar memar;
Əməkdar dövlət qulluqçusu;
Əməkdar bədən tərbiyəsi və idman xadimi;
Əməkdar jurnalist;
Əməkdar mühəndis;
Əməkdar hüquqşünas;
Əməkdar kənd təsərrüfatı işçisi;
Əməkdar pilot;
Əməkdar tibb işçisi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki