image-1backend

Azərbaycanla Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

image-reklam_sirab_01

Azərbaycanla Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Vətəninfo.az  MN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən “IDEB 2024” beynəlxalq sərgisində iştirak edir.

Sərgidə Aqil Qurbanov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki