image-56856a6c-d9ce-3926-b686-91f9622acecb_850backend

Bakı metrosunda oğurluq

image-reklam_sirab_01

Bakı metrosunda oğurluq olub.

Veteninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 22-də saat 18 radələrində metronun Sahil stansiyasında qatarda bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun Koroğlu stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki