image-6a1461b9-5238-33a9-853f-7f15122dc493_850backend

Bakıda daha bir qadın əri tərəfindən döyüldü – DİN araşdırmaya başladı

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirlik yayılanlarla bağlı məlumatlıdır.

Qeyd edilib ki, qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialar araşdırılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Rəqsanə Qafarova adlı istifadəçi əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını iddia edir. O, hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatının alındığını, lakin hələ də heç bir tədbir görülmədiyini deyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki