image-1backend

Bakıda elm və dinin harmoniyası mövzusunda konfrans keçirilib

image-reklam_sirab_01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Bəhailəri Dini Mərkəzinin birgə təşkilatçılığı ilə “Qlobal sülh: elm və dinin harmoniyası konteksində” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Vətəninfo.az xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovla yanaşı, ölkəmizdə olan dini icma rəhbərləri, deputatlar və media mənsubları iştirak edib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Bəhailər Dini Mərkəzinin katibi Ramazan Əsgərli artıq bütün insanların birləşərək sülh naminə addım atmasının vacibliyindən danışıb.

“Amma sülh-sülh deməklə o gəlmir. Onu qurmaq lazımdır. Bunu etmək üçün isə bizim istinad edə biləcəyimiz iki mənbə var – elm və din. Bəs planetimizin üfüqündə sülh görünürmü? Çoxları bəlkə deyər ki, xeyr! Amma onu yaxınlaşdırmaq olar. Yəqin ki, sadəcə bizim bəzi baxışlarımız dəyişməli, müvafiq bilikləri almalıyıq”, – o əlavə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov isə bu gün Azərbaycanda dinlərarası harmoniyanin ən yüksək səviyyədə olduğuna diqqət çəkib.

“Bunun dünyada analoqu yoxdur. Əlbəttə, biz bu mərhələyə bir andaca nail olmamışıq. Bu harmoniyanı biz Vətən müharibəsi zamanı da gördük. Bu mənada hesab edirəm ki, bu vəhdəti dünyaya da ötürmək, yaymaq lazımdır”, – o əlavə edib.

Sədr müavini bildirib ki, Azərbaycanda dinlərarası harmoniya təmin edildiyindən artıq dünyada bu modeli formalaşdırmaq istiqamətində iş aparılır.

Daha sonra qonaqlar mövzu ətrafında fikirlərini ifadə ediblər.

Konfrans diskussiya formatında davam etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki