image-3333backend

Bakıda “II Beynəlxalq Rəsulzadə qiraətləri” beynəlxalq elmi konfrans keçiriləcək

image-reklam_sirab_01

“II Beynəlxalq Rəsulzadə qiraətləri”nin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü və 140 illik yubileyi münasibətilə ənənəvi olaraq “Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” başlığı altında beynəlxalq elmi konfrans formatında 30-31 yanvar 2024-cü il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulur.

“II Beynəlxlq Rəsulzadə qiraətləri” elmi məclisində Azərbaycan və xarici ölkə
alimləri və gənc tədqiqatçılar təklif olunan elmi istiqamətlər üzrə məruzə və çıxışlarla
iştirak edə bilərlər.

Əsas elmi istiqamətlər:

I bölmə. Tarix, Fəlsəfə, Hüquq.
1. M.Ə.Rəsulzadə ictimai, siyasi və dövlət xadimi kimi;
2. M.Ə.Rəsulzadənin ictimai-siyasi baxışları və müasir Azərbaycan dövlətçiliyi;
3. Müstəqil Azərbaycan dövləti beynəlxalq münasibətlər sistemində – Cümhuriyyət
dövrü və bu gün;
4. Azərbaycançılıq – Milli və siyasi ideologiya kimi. M.Rəsulzadə irsi və müasirlik;
5. Demokratiya, azad Cəmiyyət, Vətəndaşlıq anlayışları – Rəsulzadə dövrü və bu gün;
6. Azərbaycan parlamentarizminin əsasları. Azərbaycanda Hüquqi dövlət yaradılmasının əsas
prinsipləri. M.Ə.Rəsulzadə və Azərbaycan Parlamenti. Azərbaycan Parlamentarizminin
ənənəvi və müasir xüsusiyyətləri;
7. Azərbaycanda siyasi partiya quruculuğunun əsas xüsusiyyətləri: Cümhuriyyət, Sovet və
müasir dövr;
8. Azərbaycan dövlətçiliyində Hökumətin funksiyası, rolu və yeri. Tarixi və müasir baxış;
9. M.Ə.Rəsulzadə və Qafqaz birliyi ideyası: keçmişdə və bu gün;
10. Türk birliyi ideyası: keçmişdə və bu gün. Rəsulzadə irsinə müasir baxış;
11. Müsəlman həmrəyliyi ideyası: keçmişdə və bu gün. Rəsulzadə irsinə müasir baxış;
12. Qarabağ və Zəngəzur problemi: Cümhuriyyət dövrü və bu gün;
13. İrəvanın güzəştə gedilməsi: tarixi reallıq və müasir baxış;
14. Azərbaycanlıların soyqırımı, deportasiyası və qaçqın-köçkün problemi. Tarixi və müasir
baxış;
15. Azərbaycan siyasi mühacirəti, Azərbaycan diasporası. Tarixi və müasir baxış;
16. Sovet dövləti və tarixşünaslığı M.Ə.Rəsulzadə və Azərbaycan Cümhuriyyəti haqqında;

II bölmə: Dil, Ədəbiyyat, Mədəniyyət

1. M.Ə.Rəsulzadənin ədəbi irsi
2. M.Ə.Rəsulzadənin publisistikası: öyrənilməmiş səhifələr
3. Dünya nizamişünaslığı və M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri
4. M.Ə.Rəsulzadə irsi və Azərbaycan dili məsələləri
5. Cümhuriyyət dövrü Əlifba problemi
6. Cümhuriyyət dövrü ədəbi mühiti
7. Cümhuriyyət dövrü Azərbaycan dilli mətbuat
8. Cümhuriyyət dövrü rusdilli mətbuat;
9. Cümhuriyyət dövrü Azərbaycan cəmiyyəti və maarif, elm, xeyriyyə, mədəni quruculuq məsələləri;

10. Cümhuriyyət dövrü incəsənəti, teatr, rəssamlıq, musiqi;
11. Cümhuriyyət dövrü və muzey işinin əsasları;
12. M.Ə.Rəsulzadə və müasirləri;

III. Publisistika

Yuxarıda göstərilən elmi istiqamətlər və mövzular üzrə publisistik məqalələr

IV. Sənədlər

Məhəmməd Əmin Rəsulzadənin həyat və mübarizəsinə, İran, Rusiya, Türkiyə və Avropa ölkələrində fəaliyyətinə dair yeni və az məlum sənədlərin şərhlərlə təqdimi;

Tədqiqatçılar bu elmi istiqamətlərdə əks olunmayan, lakin “II Beynəlxalq Rəsulzadə qiraətləri” elmi konfransının formatı kontekstində yeni və maraqlı bildiyi mövzularda məruzələr və məqalələr təqdim edə bilərlər.

II «Beynəlxalq Rəsulzadə qiraətləri” konfransına və məqalələr toplusuna orijinal, indiyədək nəşr olunmayan məqalələr, istisna hallarda xarici nəşrlərdə dərc olunmuş, geniş elmi ictimaiyyətə məlum olmayan tədqiqatlar qəbul edilir.

Beynəlxalq konfransın və məqalələrin işçi-yazı dili : Azərbaycan, türk, ingilis, rus.

Məruzə-məqalə mətnlərinin hazırlanması və göndərilməsi:
– Microsoft Word A4 ölçüdə 5-12 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1
intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm.
parametrlərinə uyğun yazılmalıdır;
– Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi
dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə
nömrəsi yazılmalıdır;
– Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük
qara hərflərlə yazılmalıdır;
– Azərbaycan, ingilis və rus dillərində açar sözlər (6 sözdən az olmamalıdır) verilməlidir;
– Məqalənin mətni;
– Məqalənin sonunda Azərbaycan, ingilis və rus dillərində qısa xülasə verilməli,
xülasədə məruzənin adı hər dildə qeyd edilməlidir;
– Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında
əlifba sırası ilə verilməlidir. İstinadlar mətndə hər səhifənin sonunda göstərilməlidir.
– Sənədlər, rəsmlər, tablolar və qrafiklər ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir;

Konfrans üçün nəzərdə tutulan məruzələr məqalə şəklində 2023-cü ilin aprel-may aylarına qədər təqdim olunmalıdır. Tezislər haqda tələb qoyulmur. 28 may 2023-cü il tarixində məqalələrin qəbulu haqda məlumat veriləcək. Məqalələrin qəbuluna qoyulan bu dəqiq vaxt limiti qəbul edilmiş məqalələrin 30-31 yanvar 2024-cü il tarixi – M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş “II Beynəlxalq Rəsulzadə qiraətləri” konfransının açılışına qədər kitab şəklində nəşr olunması və konfransın keçirildiyi günlərdə təqdimatının keçirilməsi ilə bağlıdır.

Məruzə-məqalələri qəbul edilmiş xarici tədqiqatçılar konfransa dəvətlidirlər və səfərlə bağlı bütün xərcləri dəvət edən tərəf – Konfransın Təşkilat Komitəsi öz üzərinə götürür.

Konfransa hazırlıq gedişində onun digər təşkilatçıları və görülən işlər haqqında əlavə məlumatlar veriləcəkdir.

“II Beynəlxalq Rəsulzadə Qiraətləri” elmi konfransının keçirilməsi üzrə

Təşkilat Komitəsinin sədri:
Prof. Solmaz Rüstəmova-Tohidi

Təşkilat Komitəsinin katibləri:
Dos. Fərhad Cabbarov, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru
Dos. Nigar Gözəlova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi
Dilqəm Əhməd…

II “Beynəlxalq Rəsulzadə qiraətləri”ndə məruzə və məqalə ilə iştirak etmək istəyən tədqiqatçılar konfransın Təşkilat Komitəsinin Katibliyinə müraciət edə bilərlər.

Əlaqə telefonları: + 994 12 598 17 39;
E-mail: [email protected]


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki