image-reklam-veteninfo
image-1backend

Vaşinqtondan  Tehrana siqnal: “Hörmüz üzərində israr etməkdən əl çəkin və daha böyük düşünün”

image-reklam-veteninfo

ABŞ və İran rəsmiləri Qətərin paytaxtı Dohada Qətər və Pakistanın vasitəçiliyi ilə dolayı texniki danışıqlar aparıblar.

Vətəninfo.az xəbər verir ki, İran tərəfi ABŞ heyəti ilə hələlik birbaşa danışıqlar mərhələsinə keçilmədiyini bildirib.

Danışıqlarda əsas diqqət Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti və İranın Qətərdə dondurulmuş 6 milyard dollarlıq aktivlərinin sərbəst buraxılması məsələlərinə yönəlib.

Tramp administrasiyası İran tərəfini inandırmağa çalışır ki, hərtərəfli nüvə sazişinin iqtisadi qazancları gəmilərdən yığılan naviqasiya rüsumlarından əldə edilən gəlirlərdən qat-qat çox olacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki