image-1backend

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

image-reklam_sirab_01

Bakıda müəllimlərə verilən orta aylıq əməkhaqqının məbləği açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb

Bildirilir ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 985 manat təşkil edib.

Xatırladaq ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 767 müəllim fəaliyyət göstərir.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 372 şagird təhsil alır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki