Bakıda parklanma yerlərinin sayı açıqlanıbRəhman Hümmətov
İndiyə qədər Bakıda 19 minə yaxın parklanma yeri təşkil edilib.
Vətəninfo.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
“Parklanma sahəsində hər ay nizam-intizamın artdığının şahidi oluruq. Qanunsuz parklanma yeri təşkil edən fiziki və hüquqi şəxslərə maliyyə sanksiyaları nəzərdə tutulur. Parklanma ilə bağlı nağd ödənişlər də qanunsuzdur”, – deyə o qeyd edib.