image-1backend

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Forumu KEÇİRİLİR

image-reklam_sirab_01

İyunun 20-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilir.

Vətəninfo.az xəbər verir ki, Bakı və Şamaxı şəhərlərində beş gün davam edəcək Forumda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının 18 Milli Bölməsinin nümayəndələri, həmçinin yüksək vəzifəli qonaqlar və ekspertlər iştirak edirlər.

Forum Qoşulmama Hərəkatına üzv dövlətlərin gəncləri arasında iqlim dəyişikliyi ilə bağlı fikir mübadiləsi və qlobal iqlim təşəbbüsləri ilə bağlı məlumatlılığın artırılması məqsədi daşıyır. Tədbir zamanı Milli Bölmələrin razılaşdırdıqları yekun sənəd də qəbul olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki