image-2076c7e2-69e9-41cf-96d2-dd21babab2a2backend

Bakıda yarımtikilidə yanğın söndürüldü

image-reklam_sirab_01

Bakıda yarımtikilidə yanğın baş verib.

Bu barədə Veteninfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Ceyhun Səlimov küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki