image-29backend

Bakının “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq

image-reklam_sirab_01

Bakının Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar noyabrın 20-21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sürücülər alternativ olaraq Ə.Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki