image-d566b6e2-20c1-3fcb-afb2-0dc092906fc6_850-jfifbackend

Bayden Almaniya və İspaniyaya səfər edəcək

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden iyunun 25-28-də Almaniyada keçiriləcək G7 liderlərinin sammitində və İspaniyada təşkil olunacaq NATO sammitində iştirak etmək üçün Avropaya səfər edəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Bayden G7 liderlərinin zirvə toplantısında iştirak etmək üçün iyunun 25-də Almaniyanın cənubundakı Elmau şəhərinə gedəcək”, – o deyib.

Zirvə görüşündə G7-nin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlıq, iqlim dəyişikliyi, inkişaf və qlobal sağlamlıq təhlükəsizliyi müzakirə ediləcək. Jan-Pyer toplantıda Rusiya-Ukrayna müharibəsi səbəbindən ortaya çıxan qida və enerji böhranının da diqqət mərkəzində olacağını vurğulayıb. “Müharibə sammitin mühüm mövzuları arasında olacaq”, – o qeyd edib.

“İyunun 28-də Bayden NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə gedəcək”, – Ağ Ev rəsmisi deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki