image-9239538d-dca5-3932-9538-1ce366df79d8_850backend

Bayden benzin istehsalçılarını qiymətləri aşağı salmağa çağırıb

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden istehsalçıları və tədarükçüləri benzinin qiymətini aşağı salmağa çağırıb.

Bu barədə Amerika lideri jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Yanacaq şirkətlərinə çox sadə bir mesaj göndərirəm: qiymətləri endirin, bunu indi, bu gün edin. Sizin istehlakçılar, Amerika vətəndaşları özlərini daha yaxşı hiss etməlidirlər”, – Bayden bildirib.

“Financial Times” yazır ki, ABŞ-da benzin qiymətləri rekord səviyyəyə yaxındır ki, bu da inflyasiyanı yüksək səviyyədə saxlayır və Bayden üçün siyasi məsələyə çevrilib.

Baydenin ABŞ neft şirkətlərinə qarşı ritorikası son həftələrdə olduqca sərt olub. Keçən həftə o, Ukraynadakı vəziyyətlə əlaqədar benzini bahalaşdıran neft şirkətləri üçün bu qədər yüksək gəlirləri qəbuledilməz olduğunu söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki