image-c9b2a59f-5245-342a-bc55-62ff5aa354f3_850backend

Bayden Duda ilə Ukraynaya dəstəyi müzakirə edib

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden polşalı həmkarı Anjey Duda ilə telefonla Ukraynaya dəstəyi müzakirə edib. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıqdan da danışıblar.

Bu barədə Veteninfo Ağ Evin saytına istinadən xəbər verir.

Bəyanatda qeyd olunur ki, liderlər təhlükəsizlik və iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə dair ümumi öhdəliklərini bir daha təsdiqləyiblər.

Onlar həmçinin Rusiyanın apardığı müharibə fonunda Ukrayna xalqına və hakimiyyətlərinə verilən dəstəyi müzakirə ediblər.

Bundan əlavə, Bayden ABŞ-ın Polşanın və NATO-nun şərq cinahının təhlükəsizliyinə sadiqliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki