image-64180103d4e1fbackend

Bayden: “İsrail, Fələstin, Misir, İordaniya və ABŞ rəsmilərinin görüşünü alqışlayırıq”

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Fələstin və İsrail arasında münaqişələri azaltmaq üçün Misirin Şarm əl-Şeyx şəhərində İsrail, Fələstin, Misir, İordaniya və ABŞ rəsmiləri arasında keçirilən görüşü alqışlayıb.

Ağ Evdən verilən məlumata görə, Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

Məlumata görə, Bayden tərəflərin təcili əməkdaşlıq edərək təhlükəsizlik koordinasiyasını artırmaq, bütün hücumları pisləmək və iki dövlətli həllin davamlılığını təminetmələrinin vacibliyini vurğulayıb.

Bayden Netanyahuya demokratik dəyərlərin ABŞ-İsrail münasibətlərinin mühüm əsası olduğunu və demokratik cəmiyyətlərin real tarazlıq və nəzarətlə gücləndiyini və geniş əsaslı xalq dəstəyi ilə əsaslı dəyişikliklərin edilməsinin vacibliyini də dilə gətirib.
Bayden həmçinin bu əsas prinsiplərə uyğun olaraq İsraildə təklif olunan məhkəmə islahatları ilə bağlı konsensusa nail olmaq səylərini dəstəklədiyini də bildirib.

Bayden İsrailin təhlükəsizliyinə və İrandan gələn bütün təhdidlərə qarşı milli təhlükəsizlik qrupları arasında əməkdaşlığa sadiqliyini bir daha təkrarlayıb. İki lider həmçinin növbəti həftələrdə mütəmadi olaraq əlaqə saxlamaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Misir, Fələstin, İsrail, İordaniya və ABŞ-ın yüksək səviyyəli siyasi və təhlükəsizlik rəsmiləri Şarm əl-Şeyxdə görüşüblər.

İsrail-Fələstin gərginliyini azaltmaq üçün təşkil edilən təhlükəsizlik sammitində Fələstin torpaqlarında sülhün qorunmasının zəruriliyi vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki