image-2398efcf-75a6-32d6-94bd-347aa1c2f08c_850backend

Bayden növbəti dəfə ABŞ-ın Türkiyəyə F-16 qırıcılarını satmasını dəstəkləyib

image-reklam_sirab_01

ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir. Sazişin tezliklə Konqres tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Xatırladığınız kimi, hələ dekabr ayında mən Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməli olduğumuzu söylədim. Belə bir istəyi dəstəkləmək bizim maraqlarımıza uyğundur”, – Bayden deyib.

ABŞ rəhbərinin sözlərinə görə, qırıcıların satışında qarşılıqlı üstünlüklər yoxdur. Oktyabr ayında Türkiyə Vaşinqtondan mövcud döyüş təyyarələrini təkmilləşdirmək üçün 40 ədəd “Lockheed Martin” F-16 qırıcı təyyarəsi və 80-ə yaxın dəst satmağı xahiş edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki