image-23backend

“Biz Azərbaycanın təklifini rədd etdik” – Arayik Arutyunyan

image-reklam_sirab_01

Xankəndidəki seperatçı rejimin rəhbəri Arayik Arutyunyan Azərbaycana inteqrasiya etməyəcəklərini bildirib.
Arayik Arutyunyan bunu separatçı rejimin “Təhlükəsizlik Şurası”nın iclasında deyib.
Arayik Arutyunyan deyib ki, bölgə ilə bağlı humanitar və infrastruktur məsələlərini müzakirə etmək üçün fevralın 24-də Rusiya sülhməramlı qoşunlarının komandanlığının vasitəçiliyi və iştirakı ilə Azərbaycan tərəfi ilə görüşüblər:

“Daha sonra “Təhlükəsizlik Şurası”nın katibi Samvel Şahramanyanın rəhbərliyi ilə martın 1-də baş tutan ikinci görüşlə bağlı razılıq əldə olunub. İclasların gündəliyinə dörd məsələ daxil edilib: Laçın dəhlizinin blokadasının açılması, Ermənistandan “Artsax”a (Xankəndinə – red.) elektrik enerjisinin verilməsinin bərpası, təbii qazın fasiləsiz verilməsi və Kaşin mədəninin yenidən istismarı. İkinci görüşdə Azərbaycan nümayəndəsi inteqrasiya sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışdı, lakin cənab Şahramanyan buna mane oldu və dedi ki, əgər siyasi məsələləri müzakirə etməlidirlərsə, bu, “Artsax”ın müstəqilliyinin Azərbaycan tərəfindən tanınması mövzusu olmalıdır. O, əlavə edib ki, onların siyasi məsələləri müzakirə etmək səlahiyyəti yoxdur və bu görüşdə belə məsələləri müzakirə edə bilməzlər”.

Arayik Arutyunyan daha sonra deyib ki, Azərbaycanın tərəfi öz kanalları ilə onlara çatdırıb ki, ya inteqrasiya siyasətini qəbul etməlisiniz, ya da mövcud problemlər həll olmayacaq.
Seperatçıların başçısı bildirib ki, onlar Azərbaycanın təklifini rədd ediblər və bundan sonra da bu təklifi qəbul etməyəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki