image-timthumbbackend

Biz Çindən vasitəçilik etmək və ya danışıqları təşkil etmək təklifi almamışıq – Zelenski

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski Çinin Rusiya və Ukrayna arasında müharibə və sülh danışıqlarının dayandırılmasını nəzərdə tutan sülh planına şübhə ilə yanaşır.

O qeyd edib ki, suverenliyə və ərazi bütövlüyünə hörmət ilk növbədə olmalıdır. Vətəninfo.az xəbər verir ki, Zelenski bu barədə Yaponiyanın The Yomiuri Shimbun nəşrinə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, o, diplomatik kanallar vasitəsilə Pekini Ukraynanın sülh planı üzrə əməkdaşlığa və sammit keçirməyə dəvət edib. Lakin Pekindən hələlik heç bir cavab gəlməyib.

“Biz Çindən vasitəçilik etmək və ya danışıqları təşkil etmək təklifi almamışıq”, – deyə Ukrayna prezidenti bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki