image-196ea4e6-8ed8-3617-a48a-d13745699d38_850backend

Blinken: “İndiyədək ABŞ-ın 40-dan çox müttəfiq və tərəfdaşı Ukraynaya hərbi yardım göndərib”

image-reklam_sirab_01

ABŞ-ın müttəfiqləri və tərəfdaşlarından 40-dan çox ölkə Rusiyanın hərbi təcavüzü ilə bağlı Ukraynaya hərbi yardım edib.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken danışıb.

“ABŞ-ın, eləcə də müttəfiqlərimiz və tərəfdaşlarımız arasında olan 40-dan çox dövlətin təhlükəsizlik sahəsində yardımı Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, döyüş meydanında Ukraynanın qələbələrini təmin etmək potensialını gücləndirməyə, həmçinin danışıqlar masası arxasında Ukraynanın mövqeyi qüvvətləndirməyə davam edir”, – E.Blinken bildirib.

Dövlət katibi qeyd edib ki, Rusiya müharibəyə başlayandan bəri ABŞ-ın Ukraynaya göndərdiyi vəsaitin ümumi həcmi 5,6 milyard dollardan çox olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki