Vətəninfo.az xəbər verir ki, “Bloomberg” nəşrinin məlumatına görə, İranın neft ixracının bu ilin qalan dövründə gündəlik iki milyon barel səviyyəsini keçəcəyi gözlənilmir.
İranın neft satışı ilə bağlı hesabatda bildirilib ki, İranın ABŞ ilə gizli diplomatiyasının ardınca artan neft ixracı Asiyada təlabatın azalmasına səbəb olub.
Sözügedən nəşrin hesabatına əsasən, İran alternativ yollar axtarmaq məqsədi ilə Çindəki kiçik neft emalı zavodlarında öz neftini satmaq üçün yeni alıcılar tapıb.


























