image-affcbc23-26ca-3ddc-b634-2cadc9223999_850backend

BMT Baş katibi biomüxtəlifliyin qorunması üçün ildə 500 milyard dollar ayırmağa çağırıb

image-reklam_sirab_01

Dünya birliyi biomüxtəlifliyi təmin etmək üçün hər il təhlükəli sənayelərin maliyyələşdirilməsinə cəlb olunan 500 milyard ABŞ dollarını yönləndirməlidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş dünya təşkilatının Baş Assambleyasının təbiətin mühafizəsinə həsr olunmuş iclasının iştirakçılarına videomüraciətində bildirib.

“Biz 2030-cu ilə qədər biomüxtəlifliyin illik 700 milyard dollarlıq maliyyə boşluğunu bağlamalıyıq. Zərərli istehsallara ayrılan illik 500 milyard dollarlıq subsidiyaları aradan qaldırmalı və onu biomüxtəlifliklə bağlı fəaliyyətləri stimullaşdırmaq üçün yönləndirməliyik”, – A.Quterriş deyib.

“Biz təbiətin insanların həyatına verdiyi töhfəni qorumalı və artırmalıyıq. Bura ən həssas icmalara həyati faydaların təmin edilməsi və icmaları ekstremal hava hadisələrindən qorumaq üçün təbiətin imkanlarının gücləndirilməsi daxildir”, – o vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki