image-5backend

BMT Baş katibi “omikron” ştamına görə səyahətləri qadağan etməməyə çağırıb

image-reklam_sirab_01

Koronavirus üçün əlavə sınaq testləri “omikron” ştamına qarşı mübarizənin daha təsirli yolu olacaq.

Vətəninfo.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Afrika ölkələrinin inkişafı ilə bağlı çıxışında bildirib.

“Səyahətlə bağlı qadağalar səmərəsizdir. Mən bütün hökumətləri koronavirus üçün əlavə testlər, eləcə də vəziyyətə uyğun digər təsirli tədbirlər tətbiq etmək barədə düşünməyə çağırıram. Bu, yoluxma riskini azaltmaq üçün yeganə yoldur”, – Quterreş deyib.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki