image-92f95bcd-5345-394e-b333-fbaffa7c44d8_850backend

BMT Boltonun fikirlərinə münasibət bildirib

image-reklam_sirab_01

“BMT hakimiyyət dəyişikliyinin istənilən qeyri-demokratik üsullarına qarşıdır”.

Bunu keçirdiyi brifinqdə beynəlxalq təşkilatın baş katibinin nümayəndəsinin müavini Farhan Haq ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun ölkələrdən birində dövlət çevrilişinə yardım etməsi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

“Biz ölkələrdə hakimiyyətin ötürülməsinin qeyri-demokratik üsullarına qarşıyıq”-deyə, BMT rəsmisi qeyd edib. Bunun çevrilişlərə aid olub-olmaması ilə bağlı suala Haq “Bəli, əlbəttə” cavabını verib.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri və keçmiş prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton xarici ölkələrdə dövlət çevrilişi cəhdlərinə kömək etdiyini bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki