image-acee2c7a-14fd-3f2a-aad6-69ecf0150fe8_850backend

BMT İrandakı terror aktını pisləyib

image-reklam_sirab_01

BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

“Biz bu xəbərləri gördük. Biz terroru, xüsusən də dini obyektlərə edilən hücumları pisləyirik”, – o bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında İranın Şiraz şəhərindəki Şahçerax məqbərəsinə hücum zamanı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları İranın cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki