image-reklam-veteninfo
image-628ebf58c13d9628ebf58c13da1653522264628ebf58c13d6628ebf58c13d7backend

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək

image-reklam-veteninfo

BMT Təhlükəsizlik Şurası KXDR ilə bağlı iclas keçirəcək.

Bu barədə təşkilatın yayılan proqramında deyilir.

Reuters“ agentliyinin ABŞ administrasiyasının rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə səsvermənin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Şimali Koreya bir gün əvvəl üç raket sınağı keçirib.

Seulun məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb.

Cənubi Koreya ordusunun məlumatına görə, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub. Ehtimal edilir ki, bir qısa mənzilli raketin buraxılması, uğursuzluqla başa çatdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki