image-62fc1686-8dda-33db-92a1-5df7b30df51f_850backend

BMT: Ukrayna müharibəsində azı 4 634 mülki şəxs ölüb

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən mülki əhali arasında zərərçəkənlərin sayı 10 403 – nəfərə (o cümlədən 4 634 dinc sakinin ölümü – red) çatıb.

Bu barədə “Veteninfo” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığı faktiki rəqəmlərin daha yüksək olduğuna əmindir, çünki bəzi şiddətli döyüş bölgələrindən məlumat gecikir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, – BMT-nin məlumat sənədində qeyd edilir.

Məlumata görə, bu, Mariupol (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Popasna, Lisiçansk və Severodonetskə (Luqansk vilayəti) aiddir. Bu şəhərlərdə çoxsaylı mülki əhali itkiləri ilə bağlı çoxsaylı hesabatlarla bağlı əlavə yoxlamaya ehtiyac var və yuxarıda göstərilən statistikaya daxil edilmir.

“Mülki ölümlərə və ya yaralanmalara geniş təsir sahəsinə malik partlayıcı qurğulardan istifadə, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulma, həmçinin raket və hava zərbələri səbəb olub”, – məlumatda deyilir.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, 1 780 kişi, 1 194 qadın, 148 oğlan və 131 qız ölüb, 41 uşaq və 1 340 nəfər (böyüklər) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 5 769 nəfərin 169-u oğlan, 131-i qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 178 uşaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki