image-da4bb7de-2468-4593-b66f-77dfd169d87d_850backend

BMT: “Ukrayna və Rusiyadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir”

image-reklam_sirab_01

“Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının, Rusiya taxılının və gübrələrinin dünya bazarlarına çıxarılmasının təmin edilməsinə dair paket sazişinin əldə edilməsi üzrə danışıqlar davam edir”.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.

“Danışıqlar davam edir. Nəticə əldə edilən kimi biz onları elan etməyə hazır olacağıq”, – Düjarrik deyib.

BMT taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib. Öz növbəsində Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünə qarşı çıxmaqda ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki