image-628ebc84b3be2628ebc84b3bf11653521540628ebc84b3bdf628ebc84b3be0-1backend

Böyük Britaniyada meymunçiçəyinə yoluxma sayı 78-ə çatıb

image-reklam_sirab_01

Böyük Britaniyada meymunçiçəyinə yoluxma sayı 78-ə çatıb.

Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi elan edib.

Belə ki, bir gündə daha 7 nəfərdə xəstəlik aşkar edilib.

Aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Böyük Britaniyadan başqa, son yoluxma halları Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə də qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki