image-dc1d7e0e-d737-359e-b7c3-f66d488a7e65_850backend

Britaniya Ukraynaya 20-dən çox özüyeriyən artilleriya qurğusu verəcək

image-reklam_sirab_01

Böyük Britaniya Ukrayna üçün Belçikadan 20-dən çox özüyeriyən artilleriya qurğusu alıb.

“Veteninfo” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra deyib.

“Belçikanın silah şirkətindən 20-dən çox M109 silahı alınıb. 155 mm-lik özüyeriyən silahlar təmirdən sonra Ukraynaya çatdırılacaq”, – Uolles vurğulayıb.

O qeyd edib ki, indi bəzi yerlərdə Rusiya artilleriyaya görə Ukraynanı dəfələrlə üstələyir.

Eyni zamanda, nazir bildirib ki, müttəfiqlər Ukraynaya müharibədə qalib gələ bilmək üçün kifayət qədər silah verirlər.

“Düşünürəm ki, ukraynalıların yaxın bir neçə həftə ərzində ölkənin şərqində əhəmiyyətli irəliləyiş əldə etmək, hətta Odessa kimi yerləri qorumaq imkanı var və olacaq”, – Uolles əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki