“İnsanlar naməlum səbəblərdən ayın 5-dən əvvəl və sonra həyatı iki yerə bölmüşdülər, gözləntilər şişirdilmişdi. Sadəcə bir görüş idi, amma o görüşü apokalipsisə çevirmək və ondan əvvəl həyat olmadığını, görüşdən sonra olacağını və ya əksinə demək yanlışdır. ” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri erməni deputat Davit Aruşanyan bildirib.
AB-nin verdiyi 270 milyon avro və ABŞ-ın verdiyi 65 milyon dolların Rusiyadan aldığı pulla müqayisə oluna bilərmi sualına cavab verən Davit Aruşanyan deyib ki, o, müqayisəyə ehtiyac görmür, çünki avropalıların verdiyi pullar Rusiya ilə iqtisadi əlaqələrə heç bir aidiyyəti yoxdur.
“Biz bu görüşü çox şişirtdik və gözləntimiz çox idi. Amma bizə verilən qəpik -quruşla səsimizi kəsdilər”- deyə Davit Aruşanyan bildirib.


























