image-cfd298a4-d1c3-46ed-922c-45949a10fbf1backend

Bu görüş Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək.

image-reklam_sirab_01

 

 

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində olmuş, elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

İki dövlət arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə isə bu münasibətlərin 30-cu ildönümü qeyd olunur. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq-əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur.

Təsadüfi deyildir ki, 2020-ci ilin sentyabr-noyabr aylarında da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də qardaş Gürcüstan olmuşdur. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru sərhədlərini bağlamışdı. Bu əsl dost və qonşu mövqeyidir. Ona görə də bu iki qonşu ölkə arasında bütün sahələrdə münasibətlər inkişaf edir və hər iki xalqın maraqlarının təmin edilməsi üçün daha yaxşı perspektivlər yaradılır.

Avropanın və dünyanın bu gün ən çox diqqət yetirdiyi məsələlərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan bir neçə ilə Avropaya qaz ixracını artırmağı planlaşdırır ki, bu da Gürcüstanın tranzit ölkə kimi strateji əhəmiyyətini artırır.

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq, siyasi- iqtisadi tərəfdaşlıq əlaqələri birləşdirir.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu görüşdə xüsusilə qeyd etmişdir ki, ölkələrimiz arasında əməkdaşlıq və misilsiz dostluq əlaqələrinin olmasında İlham Əliyevin rolu böyükdür. Azərbaycan və Ermənistan münasibətlərinə gəldikdə isə regionda mehriban qonşuluq əlaqələrini inkişaf etdirırək, sülh siyasətini həyata keçirmək üçün əlindən gələni etməyə hazır olduğunu söyləmişdir.

Cənab Prezident İlham Əliyev mətbuat bəyanatında qeyd etmişdir ki, bu görüş Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Çünki bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışlar.

 

Səadət Rəşidova

Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin Azərbaycan dili muəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki